Fevralın 1-dən əcnəbilər Gürcüstana yeni qaydalarla buraxılacaq
29yan
GÜNDƏM / SƏYAHƏT / AGENTLƏR

Fevralın 1-dən əcnəbilər Gürcüstana yeni qaydalarla buraxılacaq

“Fevralın 1-dən Gürcüstana səfər edən bütün ölkələrin vətəndaşları koronavirusa qarşı tam peyvəndlənməni sübut edən sənəd təqdim etməklə ölkə ərazisinə qeyd-şərtsiz daxil ola biləcəklər”.

HolidayNEWS”  xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
Onun sözlərinə görə, Gürcüstana səfər edən vaksin olunmayan əcnəbilər isə sərhəddə 72 saat ərzində aparılan koronavirusla bağlı “PCR” testin neqativ nəticəsini təsdiqləyən arayış təqdim etməli olacaqlar. Nazir qeyd edib ki, həmin şəxslər üç gündən sonra öz hesablarına təkrar “PCR” testi verəcəklər.
Qeyd edək ki, fevralın 1-dən Gürcüstan bütün istiqamətlər üzrə avriareysləri bərpa edəcək. Bir neçə xarici aviaşirkət fevralın 4-dən Gürcüstana uçuşlar yerinə yetirməyə başlayacaq.


HolidayNEWS