Qonşu dövlət COVID-19-dan vaksin vurduran əcnəbilər üçün ölkəyə girişi rahatlaşdırdı
01fev
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / AGENTLƏR

Qonşu dövlət COVID-19-dan vaksin vurduran əcnəbilər üçün ölkəyə girişi rahatlaşdırdı

Koronavirusa qarşı peyvənd vurduran əcnəbilər Gürcüstana rahatlıqla girə bilər, onlar karantinə cəlb olunmayacaqlar.

HolidayNEWS” xəbər verir ki,“Sputnik”in məlumatına görə, bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava bəyan edib.
O, vurğulayıb ki, Aİ ölkələri, İsrail, İsveçrə, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin vətəndaşları da müəyyən güzəştlərlə ölkəyə daxil ola bilərlər. Onlar son 72 saat ərzində PZR testinin nəticələrini təqdim etməlidir. Gürcüstanda olduqlarının üçüncü günündə onlardan təkrar testdən keçmələri tələb olunacaq.
Xatırladaq ki, Gürcüstan fevralın 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək. Uçuşlara təhlükəsizlik tədbirləri və tibbi protokollar nəzərə alınaraq icazə veriləcək.


HolidayNEWS