Dubay hökuməti yeni məhdudiyyətlər tətbiq etdi
03fev
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / AGENTLƏR

Dubay hökuməti yeni məhdudiyyətlər tətbiq etdi

Dubay əmirliyi hökuməti COVID-19-a qarşı yeni karantin məhdudiyyətləri tətbiq edib.

"HolidayNEWS" xəbər verir ki, Böhran və Fəlakətləri İdarəetmə Ali Komitəsi tərəfindən açıqlanan məhdudiyyətlər fevralın 2-dən ayın sonunadək qüvvədə qalacaq.
İndiyədək tətbiq edilən qaydaların kütləvi şəkildə pozulduğu qeyd olunur.
Belə ki, bundan belə kinoteatr və s. əyləncə məkanları, idman yerlərinin 50 faizi, mehmanxanalar, üzgüçülük hovuzları və özəl çimərliklərin 70 faizi çalışa biləcək. İaşə müəssisələri gecə saat 1-dən sonra bağlanacaq və içəridə şənlik məclisləri keçirilməyəcək. Həmçinin pub va barlar fəaliyyət göstərməyəcək.
Bu qaydaların yerinə yetirilməsini təmin etmək üçün müşahidə və təftişlərin artırılması, pozanlara qarşı daha sərt cəza tədbirləri də nəzərdə tutulur.
Yeni qaydaların koronavirusa yoluxma hallarının artması səbəbəilə tətbiq edildiyi bildirilir.


HolidayNEWS