Maldiv adalarına bu il turistlər ən çox hansı ölkələrdən gedib?
05fev
GÜNDƏM / SƏYAHƏT

Maldiv adalarına bu il turistlər ən çox hansı ölkələrdən gedib?

2021-ci ilin yanvarında Rusiyadan Maldiv adalarına 20 973 turist gedib.

Mk.ru bu barədə Rusiya Federasiyasının Tur Operatorlar Assosiasiyasının məlumatına istinadən xəbər yayır.
Bu rəqəmin ötən ilin yanvar ayına nisbətən 67,4%, 2020-ci ilin dekabrına nisbətən isə 36,8% çox olduğu bildirilir.
Maldiv adalarına yanvar ayında ən çox turist Rusiyadan sonra ardıcıl olaraq, Hindistan, Ukrayna, Qazaxıstan və Rumıniyadan gəlib.
Ümumilikdə, 2021-ci ilin yanvar ayında Maldiv adalarına ümumi xarici turist axını keçən ilin dekabr ayına nisbətən 4,3% azalıb.


HolidayNEWS