“Türk Hava Yolları” Gəncəyə uçuşlar təşkil edəcək - RƏSMİ
12fev
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / AGENTLƏR

“Türk Hava Yolları” Gəncəyə uçuşlar təşkil edəcək - RƏSMİ

“Türk Hava Yolları” Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır”.

"HoliodayNEWS" xəbər verir ki, bunu “Türk Hava Yolları”nın Azərbaycandakı nümayəndəsi Seyfullah İlyas bildirib.
O deyib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir:
“Bu və bir sıra digər amilləri nəzərə alan “Türk Hava Yolları” sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır”.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına təsirsiz ötüşməyəcək.
O vurğulayıb ki, Azərbaycan son illərdə turizm sahəsində müəyyən irəliləyişlər əldə edib. Bu sahənin inkişafına işğaldan azad edilən torpaqlarımızda qurulacaq infrastruktur da müsbət təsir göstərəcək. Gəncənin yerləşdiyi coğrafi mövqe bölgəyə gələcək olan turistlər üçün olduqca əlverişlidir. Belə ki, buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür.
Gəncəyə uçuşların may ayından təşkil edilməsi planlaşdırılır. 


HoliodayNEWS