AZAL: 197 Azərbaycan vətəndaşı çarter reysi ilə Kiyevdən Bakıya gətirilib
14may
GÜNDƏM / HAVAYOLLARI

AZAL: 197 Azərbaycan vətəndaşı çarter reysi ilə Kiyevdən Bakıya gətirilib

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

TurizmNews