Ukrayna Hava Yolları Kiev-Bakı-Kiev marşrutu üzrə xüsusi reyslərə başlayır.
22fev
GÜNDƏM / HAVAYOLLARI

Ukrayna Hava Yolları Kiev-Bakı-Kiev marşrutu üzrə xüsusi reyslərə başlayır.

Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti mart ayının 13-dən Kiyevdən Bakıya reysləri bərpa etməyə qərar verib.

HolidayNEWS xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.
Məlumata görə, Ukraynadan Bakıya aviareyslərin biletləri artıq satışdadır.
Bu marşrut üzrə reyslər martın 13-dən başlayaraq həftədə 2 dəfə Kiev-Bakı-Kiev maşrutu üzrə xüsusi çarter reyslər həyata keçiriləcək.

HolidayNEWS