ABŞ-ın aviatənzimləycisi “Boeing” şirkətini 6,6 milyon dollar cərimələdi
26fev
GÜNDƏM / HAVAYOLLARI / MARAQLI

ABŞ-ın aviatənzimləycisi “Boeing” şirkətini 6,6 milyon dollar cərimələdi

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi (FAA) “Boeing” şirkətini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə 6,6 milyon ABŞ dolları məbləğində cərimələyib.

"HolidayNEWS" xəbər verir ki, bu barədə idarənin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.
Qeyd edilir ki, “Boeing” 2015-ci il razılaşmasının yerinə yetirilməməsi üçün 5,4 milyon ABŞ dollar ödəyəcək. Razılaşmaya əsasən şirkət prioritet məsələlərin icrasını yerinə yetirməli və tənzimləyicinin tələblərinə riayət olunmasını təmin etməli idi.
"Mən yenidən “Boeing” rəhbərliyinə xatırladıram ki, şirkət təhlükəsizlik və tənzimləmə tələblərinin icrasını prioritet etməlidir. FAA həmişə öz qərarlarında təhlükəsizliyi əsas götürəcək", - tənzimləyicinin rəhbəri Stiv Dikson idarənin qərarını şərh edərkən deyib.
Bundan başqa, “Boeing” iki iddianın nizama salınması üçün 1,21 milyon ABŞ dollar məbləğində cəriməni ödəməyə razılaşıb.


HolidayNEWS