İran Azərbaycanla birgə turizm komitəsini yaradılmasını təklif edir
26fev
GÜNDƏM / AGENTLƏR

İran Azərbaycanla birgə turizm komitəsini yaradılmasını təklif edir

İran Azərbaycanla turizm üzrə birgə komitənin yaradılmasını nəzərdən keçirir.

"HolidayNEWS" xəbər verir ki, bunu İranın mədəni irs üzrə nazirinin müavini Vəli Teymuru bəyan edib.
Onun sözlərinə görə, turizm üzrə komitənin yaradılması məsələsi İran rəsmilərinin gündəliyindədir: “İranın Şərqi Azərbaycan əyalətinin turizm sənayesi baxımından müxtəlif imkanlara sahibdir, bu, Türkiyə və Azərbaycandan gələn turistlər üçün qapı olacaq”.
V.Teymuri bildirib ki, İran ilə Türkiyə arasında birgə turizm üzrə komitəsi yaradılıb və razılığa gəlinib ki, ilk görüşü Şərqi Azərbaycanın paytaxtı olan Təbriz şəhərində keçirilsin.
O qeyd edib ki, İran ölkənin qərbində və şimal qərbində yeni turizm yolunu inkişaf etdirməyi planlaşdırır və İranın Şərqi Azərbaycan vilayəti bu strateji planın əsas nöqtəsidir: “İranın Şərqi Azərbaycan vilayəti turizm sənayesinin inkişafı baxımından ölkənin vacib bölgəsidir. Çünki sözügedən bölgə tarixi, mədəni, bədii, təbii, kənd təsərrüfatı və səhiyyə məkanlarına maraq göstərən turistləri cəlb etmək üçün xüsusi imkanlara malikdir”.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min və ya 2019-cu illə müqayisədə dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2020-ci ildə ölkəmizə gələnlərin 9,1 %-i İran təşkil edib.


HolidayNEWS