Rusiyada dəmir yolu ilə ilk gəzinti turlarına start verildi
11mar
GÜNDƏM / SƏYAHƏT / AGENTLƏR

Rusiyada dəmir yolu ilə ilk gəzinti turlarına start verildi

Rusiyada kruiz dəmir yolu turlarının pilot layihəsinə start verilib.
 
"HolidayNEWS" xəbər verir ki, bu barədə layihənin təsisçisi Strateji təşəbbüslər agentliyi öz “Telegram” kanalında bildirir.
Qatarlar Moskva-Nijni Novqorod-Kazan-Moskva və Moskva-Kazan-Nijni Novqorod-Moskva marşrutları üzrə yola salınıb.
Belə bir səfərdə vaqonlar təkərli mobil hotel, restoran və əyləncə mərkəzinə çevrilir.
Şəhərlərdəki dayanacaqlar zamanı səyahət edənlər üçün ekskursiyalar təşkil olunacaq.
Hazırda layihənin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.



HolidayNEWS