Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər bu tarixdən başlayır
17mar
GÜNDƏM / HAVAYOLLARI / AGENTLƏR

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər bu tarixdən başlayır

Türkiyə və Azərbaycan vətəndaşları 1 apreldən etibarən iki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər.

HolidayNEWS” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Polis İdarəsi açıqlama yayıb.
“İki ölkənin vətəndaşları 1 aprel 2021-ci il tarixindən etibarən qarşılıqlı səfərlərdə tək şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Vizasız ölkədə qalma müddəti 30 gündən 90 günə qaldırıldı”,- deyə açıqlamada qeyd olunub.



HolidayNEWS