Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edir
17mar
GÜNDƏM / AGENTLƏR

Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edir

Moskva şəhərində Rusiyanın ən böyük beynəlxalq turizm sərgisi olan MİTT (Moscow International Turism & Travel – Moskva Beynəlxalq Turizm və Səyahətlər Sərgisi) açılıb.

"HolidayNEWS" xəbər verir ki, martın 16-18-də “Crocus Expo” sərgi mərkəzində keçirilən tədbirdə ölkəmizi MDB məkanındakı ən böyük hava yollarından sayılan AZAL təmsil edir.
Hər il keçirilən MİTT-də müxtəlif ölkələrdən, habelə Rusiyanın ayrı-ayrı regionlarından 1 500-dən artıq turizm şirkəti, o cümlədən turizm operatorları, agentliklər, ölkə və region turizm ofisləri, hava yolları, hotellər, sığorta şirkətləri iştirak edir.
Son dəfə 2019-cu ildə keçirilmiş MİTT-də 54 ölkədən və Rusiyanın 52 regionundan 1 800-dən artıq şirkət iştirak etmişdi.


HolidayNEWS

Qalereya