Antalya Turizm Sərgisi sizə bu imkanı yaradacaq
30mar
GÜNDƏM

Antalya Turizm Sərgisi sizə bu imkanı yaradacaq

Turizmin inkişafının əsas səbəbi qurulan əlaqələrdir. Bu əlaqələr isə sərgilər, təqdimatlar və digər tədbirlər zamanı yaranır və yeni əməkdaşlıqlar başlayır.
"HolidayNEWS" xəbər verir ki, bu barədə şirkətin Azərbaycan nümayəndəliyindən əldə olunmuş məlumata görə siz də yeni əməkdaşlıqlar və əlaqələr qurmaq və şirkətinizi inkişaf etdirmək istəyirsinizsə 26 və 27 aprel tarixlərində Antalya Turizm Sərgisi sizə bu imkanı yaradacaq. Dünyanın 1000 nə yaxın aparıcı turizm şirkətləri,müxtəlif ölkələrindən 6700 ziyarətçi, bir çox tanınmış otellər məhz bu sərgidə iştirak edəcək. Tədbirin  təşkilatçıları olan HelloOtel Marketing Club və Frisaga LLC Azərbaycandakı nümayəndəliyi  etibarlı dostunuz olaraq sizin bu tədbirdə iştirakınız üçün zəruri dəstəyi təmin edəcək.
 

HolidayNEWS