AZAL-ın Müşahidə Şurasına Rəşad Nəbiyev rəhbərlik edəcək
30mar
GÜNDƏM / HAVAYOLLARI / AGENTLƏR

AZAL-ın Müşahidə Şurasına Rəşad Nəbiyev rəhbərlik edəcək

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"HolidayNEWS" xəbər verir ki, sərəncamda deyilir:
Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
AZAL-ın Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Rəşad Nəbiyev – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Müşahidə Şurasının üzvləri
Xalid Əhədov – Birinci vitse-prezidentin köməkçisi
Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini
Rəhman Hümmətov – nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Fikrət Şirinov – Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.



HolidayNEWS