Fuad Nağıyev: "Gec-tez onsuz da sərhədləri açacağıq"
09apr
GÜNDƏM / SƏYAHƏT / AGENTLƏR

Fuad Nağıyev: "Gec-tez onsuz da sərhədləri açacağıq"

Dövlət Turizm Agentliyinin əməkdaşlarının koronavirus (COVID019) əleyhinə peyvənd olunması çərçivəsində təkcə bu gün 120 nəfər vaksinasiyadan keçəcək.

"HolidayNEWS" xəbər verir ki, bunu qurumun sədri Fuad Nağıyev ona peyvənd vurulduqdan sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vaksinasiya həm rəhbərlik etdiyi qurumun aparatının, həm də tabeli qurumlarının işçilərini əhatə edəcək.
“Biz Agentlik olaraq bütün sənayeni çağırırıq ki, gəlsinlər və peyvənd vurdursunlar. Nəyə görə? Əgər biz normal həyata qayıtmaq istəyiriksə, mütləq vaksinasiyadan keçməliyik. Əgər vaksinasiya normal qaydada getsə, bunun turizm üçün təsiri çox müsbət olacaq. Gec-tez onsuz da sərhədləri açacağıq, amma riski azaltmaq üçün əhali vaksinasiyadan keçməlidir”, - sədr qeyd edib.


HolidayNEWS