Dövlət Turizm Agentliyinin işçiləri peyvənd olunur
09apr
GÜNDƏM / AGENTLƏR

Dövlət Turizm Agentliyinin işçiləri peyvənd olunur

Bu gündən Dövlət Turizm Agentliyi əməkdaşlarının koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

"HolidayNEWS" xəbər verir ki, vaksinasiya M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasında aparılır.
Proses könüllü həyata keçirilir və Çinin "Sinovac" şirkətinin"CoronaVac" vaksinindən istifadə olunur.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, bütün dünyada peyvənd çatışmazlığının olduğu bir dövrdə vətəndaşların vaksinasiya edilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin və qayğısının göstəricisidir.
Agentlik sədri pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər çərçivəsində hər kəsi yaradılan bu şəraitdən istifadə etməyə çağırıb.
O, əlavə edib ki, turizmin canlanması və təhlükəsiz səyahətlər üçün vaksinasiyanın aparılması ən məqsədəuyğun addımdır.


HolidayNEWS

Qalereya