Dünyanın ən uzun asma körpüsünün açılışı olub
03may
GÜNDƏM / SƏYAHƏT / AGENTLƏR

Dünyanın ən uzun asma körpüsünün açılışı olub

Portuqaliyada dünyanın ən uzun asma körpüsünün açılışı olub.

Bu barədə CNN xəbər yayıb.
Bildirilir ki, Aroka geoparkında Payva çayı üzərində 176 metr hündürlükdə yerləşən keçidin uzunluğu 516 metrdir. Qalın şüşədən hazırlanan körpünü tam keçmək təqribən 10 dəqiqə çəkir.
Qeyd edilir ki, tikili 2,3 milyon avroya başa gəlib.
Körpünün üstündən keçən sakinlərin sözlərinə görə, əvvəlcə bir az qorxublar, bununla belə, bu təcrübəni ekstraordinar hesab ediblər.


HolidayNEWS