"HelloClub” turizmçiləri Antalyada bir araya topladı
03may
GÜNDƏM

"HelloClub” turizmçiləri Antalyada bir araya topladı

25-27 Aprel tarixlərində Türkiyənin kurort güşəsi sayılan Antalya dünya turizmçilərini bir araya toplamağa bacarıb.
HelloOtel Marketing Club”-un təşkilatçılığı ilə ev sahiblik etdiyi turizmin inkişafına yönələn iki tərəfli B2B görüşlərinə start verilib. 
HolidayNews” xəbər verir ki,  tədbirdə 25-dən artıq dövlət 650 turizm sənayesinin nümayəndələri iştirak edib. O cümlədə də Azərbaycandan da 55 nümayəndə heyəti tədbirdə geniş iştirak etmişdirlər. Azərbaycan nümayəndələri “HelloClub”un Azərbaycan distrübutoru olan "Frisaga" şirkəti ətrafında sıx toplaşıb gələcək planlar haqqda geniş müzakirələr aparılıb.
Azərbaycanın ölkə nümayəndələri ötən illərə baxanda daha geniş heyət ilə tədbir çərçivəsində görüşlər keçirmişdir. 

HolidayNEWS

Qalereya