Rusiyanın aviaşirkəti Həştərxan-Bakı istiqamətində uçuşlara başlayır
08iyn
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / AGENTLƏR

Rusiyanın aviaşirkəti Həştərxan-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın “S7” aviaşirkəti 16 iyundan etibarən Həştərxandan Bakıya birbaşa avireyslər həyata keçirəcək.

"HolidayNEWS" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, aviareyslər həftəfə bir dəfə - çərşənbə günü baş tutacaq.
Uçuş vaxtı Həştərxandan Bakıya 11:10-dadır, təyyarə Bakıya 12:35-də çatacaq. Bakıdan təyyarə yerli vaxtla 08:10-da qalxacaq, Həştərxana 09:40-da çatacaq, uçuş 1.50 dəqiqə təşkil edəcək.
Xatırladaq ki, Bakı- Həştərxan marşrutu üzrə iyunun 3-dən etibarən “Azərbaycan Hava Yolları” QSC aviareyslər həyata keçirir.


HolidayNEWS