Gələn ay Lvov-Bakı istiqamətində uçuşlara başlanılacaq
09iyn
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / AGENTLƏR

Gələn ay Lvov-Bakı istiqamətində uçuşlara başlanılacaq

Ukraynanın aşağıbüdcəli aviaşirkəti “SkyUp” iyulun 5-dən ölkənin Lvov şəhərindən Bakıya və əks istiqamətdə reyslər yerinə yetirməyə başlayacaq.

"HolidayNEWS" xarici mətbuata istinadən xəbər verir ki, Lvovdan Bakıya uçuşlar hər həftənin bazar günləri, Bakıdan Lvova isə bazar ertəsi günləri həyata keçiriləcək.
Təyyarə Lvovdan yerli vaxtla saat 22:50-də qalxaraq Bakıya saat 03 :25-də çatacaq, Bakıdan isə yerli vaxtla saat 04:25-də qalxaraq, Lvova saat 07:20-də çatacaq.



HolidayNEWS