Bakı-Moskva aviareysinin sayı artırılır
28iyn
GÜNDƏM / HAVAYOLLARI

Bakı-Moskva aviareysinin sayı artırılır

“Azərbaycan Hava Yolları” QSC ( AZAL) Bakı-Moskva (Domodedovo hava limanı) və əks istiqamətdə aviareyslərinin sayını artırır.
HolidayNEWS”un əldə etdiyi məlumata görə, hazırda bu istiqamətdə həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və bazar günləri ) aviareyslər həyata keçirilir.
Hər həftə həyata keçirilən üç reysə iyulun əvvəlindən etibarən isə daha biri əlavə olunacaq. Hazırda növbəti aviareysin tarixi ilə bağlı AZAL Rusiya tərəfi ilə danışıqlar aparır.
Xatırladaq ki, hazırda Moskva-Bakı-Moskva istiqamətində Rusiyanın bir sıra aviaşirkətləri reyslər təşkil edir. Belə ki, “Aeroflot” aviaşirkəti həftədə 5 dəfə, “Utair” isə həftədə bir dəfə aviareys təşkil edir.


HolidayNEWS