Dünyadakı 9 min “Boeing 737” markalı sərnişin təyyarəsi yoxlanılacaq
17iyl
GÜNDƏM / HAVAYOLLARI

Dünyadakı 9 min “Boeing 737” markalı sərnişin təyyarəsi yoxlanılacaq

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bütün aviaşirkətlərin malik olduğu “Boeing 737” markalı sərnişin təyyarələrinin təzyiq sensorlarının yoxlanmasına qərar verib.
HolidayNEWS” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bəzi aviadaşıyıcılardan bu sensorların nasaz olması barədə FAA-ya müraciətlər daxil olub. Həmin sensorlar pilot kabinəsində təzyiqin artmasını xəbər verməlidir.
Yoxlama tələbi bütün dünya üzrə 9 min, o cümlədən ABŞ-da qeydiyyatdan keçmiş 2,5 min təyyarəyə şamil edilir.


HolidayNEWS