Misirdə iki yeni turizm şəhəri salınacaq
13sen
GÜNDƏM

Misirdə iki yeni turizm şəhəri salınacaq

Yaxın aylar ərzində Misirdə iki yeni turizm şəhəri salınacaq.
"HolidayNEWS" xəbər verir ki, bu barədə ölkənin turizm naziri Xalid əl-Anani “İzvestiya” qəzetinə bildirib.
"Biz ən yaxın bir neçə ay ərzində tamamilə iki yeni turizm şəhəri salmağı planlaşdırırıq. Şəhərlərdən biri paytaxt Qahirədən təxminən 100 kilometr məsafədə olacaq. O, Al-Qalələ adlanacaq. Bir neçə ay sonra İskəndəriyyə yaxınlığında, Aralıq dənizi sahilində Al-Alamin adlı yeni şəhəri salacağıq", - əl-Anani deyib.
O, həmçinin əminliyi ifadə edib ki, yaxın vaxtlarda ölkəyə aviabiletlərin qiyməti dəyişməyəcək. Nazir vurğulayıb ki, Misir hakimiyyəti başqa dövlətlərdən gələn təyyarələrə dəstək göstərməyə davam edir.



HolidayNEWS