Rusiyanın bu şəhərlərinə Bakıdan uçuşlar həyata keçiriləcək
21sen
GÜNDƏM / HAVAYOLLARI

Rusiyanın bu şəhərlərinə Bakıdan uçuşlar həyata keçiriləcək - SİYAHI

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi Azərbaycana uçuşların siyahısını genişləndirib.
HolidayNEWS” Trend-ə istinadən xəbər verir ki, "Sibir" aviadaşıyıcısı həftədə yeddi dəfə Tümendən Bakıya reyslərin həyata keçirilməsi üçün icazə alıb.
Bununla yanaşı "Red Wings Airlines" həftədə bir dəfə olmaqla Saratov, Nijni Novqorod, Mineralnıye Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakının Heydər Əliyev beynəlxalq hava limanına uçuşlar həyata keçirəcək.
Eyni zamanda, "Nordwind Airlines" və "İkar" aviaşirkətlərii Volqoqraddan Bakıya həftədə yeddi dəfə uçuşlar üçün icazə alıb.

HolidayNEWS