Turizm bazarında payız canlanması “Baku Travel Bazaar”
07okt
GÜNDƏM / OTELLƏR

Turizm bazarında payız canlanması “Baku Travel Bazaar”

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Agentlikləri Assosiyasının dəstəyi ilə oktyabrın 7-də "Baku Travel Bazaar" adlı turizm tədbiri keçirilib.

“JW Marriott Absheron Baku” mehmanxanasında Ukraynanın “Chance Travel Consulting” şirkətinin və Azərbaycanda fəaliyyət göstərən “R&S Group”un təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək və daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir.
Tədbirdə təmsil olunanlar Avropanın və digər qitələrin qabaqcıl turizm sənayesinin ən yaxşı mütəxəssisləri, kütləvi informasiya vasitələrinin nümayəndələridir.
Qeyd edək ki, tədbir çərçivəsində görüşlərlə yanaşı, qala gecəsi də mükafatların təqdim ediləcəyi müsabiqə də keçirilmişdir.


HolidayNEWS

Qalereya