Dünya Turizm Təşkilatı: “Turizm 2023-cü ildən tez bərpa olunmayacaq”
29noy
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / OTELLƏR / MARAQLI / AGENTLƏR

Dünya Turizm Təşkilatı: “Turizm 2023-cü ildən tez bərpa olunmayacaq”

Dünyada turizm, çox güman ki, ən tezi 2023-cü ilə qədər pandemiyadan əvvəlki səviyyəyə qayıda biləcək.

HolidayNEWS” xəbər verir ki, bu fikri “TASS”a müsahibəsində Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili deyib.
Onun sözlərinə görə, hazırda Cənubi Avropa, Mərkəzi Amerika və Karib hövzəsi regionlarında turizmin bir qədər bərpası müşahidə olunur:
“Ekspertlərin təxminən yarısı (45%) beynəlxalq turizmin 2024-cü ildə və ya daha sonra 2019-cu il səviyyəsinə qayıdacağına, 43%-i isə 2023-cü ildə bərpa olunacağına inanır”.


HolidayNEWS