Qazaxıstan hökuməti ölkədə “Omikron” ştammının yayılmasının qarşısını almaq üçün bir sıra dövlətlərdən əcnəbilərin ölkəyə girişini məhdudlaşdırmaq qərarına gəlib.
Bu barədə respublikanın səhiyyə nazirinin birinci müavini Marat Şoranov hökumətin iclasında bildirib.
“Yeni ştamm olan “Omikron”un yaranmasını nəzərə alaraq, idarələrarası komissiya dekabrın 3-dən məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bunlara Botsvana, Namibiya, Lesoto, Zimbabve, Mozambik, Madaqaskar, Tanzaniya və başqa dövlətlərdən olan əcnəbi vətəndaşların Qazaxıstana girişinə məhdudiyyətlər daxildir.
O həmçinin vurğulayıb ki, “Omikron” ştammının müəyyən edildiyi dövlətlərdən gələnlər üçün PCR testinin təqdim edilməsi məcburidir. Bundan əlavə, bu ölkələrdən gələnlər özlərini təcrid etməli olacaqlar. Qazaxıstan hökuməti Misirlə də uçuşları dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, Qazaxıstanda “Omikron” ştammı müəyyən edilməyib.

HolidayNEWS

Oxşar

Daha bir ölkə “Omikron”a görə sərhədlərini bağlayır
dek 01, 12:34
Yeni ştamm daha bir ölkəyə çatdı
dek 01, 11:25
Filippin əcnəbilərin ölkəyə girişini qadağan etdi
mar 17, 16:33