"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçir
01dek
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI

"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçir

Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün kotirovka sorğusu elan edib.

"HolidayNEWS" xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 16-sı, saat 10:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometrinə təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (077) 277-32-15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.


HolidayNEWS