“Ural Hava Yolları” Kaluqa və İrkutskdan Bakıya birbaşa uçuşlara başlayır
14dek
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / MARAQLI / AGENTLƏR

“Ural Hava Yolları” Kaluqa və İrkutskdan Bakıya birbaşa uçuşlara başlayır

"Ural Hava Yolları” aviaşirkəti dekabrın 18-dən Rusiyanın Jukovsk hava limanından Bakıya uçuşlara başlayacaq.

"HolidayNEWS" xarici mətbuata istinadən xəbər verir ki, aviaşirkət Jukovsk, Kaluqa və İrkutskdan Azərbaycana birbaşa müntəzəm reyslər yerinə yetirəcək.
Qeyd edilir ki, Jukovsk-Bakı-Jukovsk reysləri cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Jukovsk hava limanıdan uçuş 13:00-da, Bakıdan – 18:10-da olacaq. Reys üzrə üçüş vaxtı 3 saat 10 dəqiqə təşkil edəcək.



HolidayNEWS