Avstraliya “Sputnik”lə vaksiyanasiyadan keçən əcnəbilərə qapısını açdı
18yan
GÜNDƏM / SƏYAHƏT

Avstraliya “Sputnik”lə vaksiyanasiyadan keçən əcnəbilərə qapısını açdı

Avstraliya hakimiyyəti Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi ilə vaksinasiyadan keçmiş əcnəbilərin ölkəyə daxil olmasına icazə verib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
COVID-19-a qarşı peyvəndin statusunu təsdiqləmək üçün Rusiya peyvəndinin tanınması qərarı milli əczaçılıq tənzimləyicisinin tövsiyəsi əsasında departament tərəfindən qəbul edilib.
Qeyd edəki ki, yanvarın 17-də Avstraliyanın Terapevtik Mallar İdarəsi (TGA) ölkə hökumətinə Rusiya istehsalı olan “Sputnik V” koronavirus peyvəndi ilə ölkəyə gələn digər ştatların vətəndaşları üçün edilən peyvəndləri tanımağı tövsiyə edib.



HolidayNEWS