Azərbaycana turist axını 2 dəfədən çox artıb
20mar
GÜNDƏM / SƏYAHƏT

Azərbaycana turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 138 ölkədən 150,4 min nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə  "Report" a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 33,1 %-i Rusiya, 24,3 %-i Türkiyə, 13,1 %-i İran, 5,8 %-i Gürcüstan, 3,4 %-i Səudiyyə Ərəbistanı, 2,6 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,1 %-i Ukrayna, 1,9 %-i Küveyt, 1,2 %-i Böyük Britaniya, 1,1 %-i Qazaxıstan, hər birindən 0,9 % olmaqla Hindistan və Oman, hər birindən 0,7 % olmaqla Almaniya və Pakistan, 0,6 %-i ABŞ, hər birindən 0,5 % olmaqla Belarus və İsrail, 6,6 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 81,0 %-ni kişilər, 19 %-ni qadınlar təşkil edib.
Son 1 ildə Omandan gələnlərin sayı 658 dəfə, Səudiyyə Ərəbistanından 460,7 dəfə, Küveytdən 200,6 dəfə, BƏƏ-dən 54,2 dəfə, Bəhreyndən 36,3 dəfə, İsraildən 11 dəfə, Pakistandan 9,7 dəfə, Hindistandan 9,2 dəfə, ABŞ-dan 4,3 dəfə, Fransadan 3,5 dəfə, Qazaxıstandan 3,1 dəfə, Rusiyadan 2,1 dəfə, Böyük Britaniyadan 2 dəfə, Ukraynadan 1,8 dəfə, İrandan 1,8 dəfə, Türkiyədən 1,8 dəfə, Gürcüstandan isə 1,2 dəfə artıb. Bundan başqa, körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 33,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 56,7 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 6,5 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 43,3%-i dəmir yolu və avtomobil, 54,8%-i hava, 1,9%-i isə dəniz nəqliyyatından istifadə edib.



HolidayNEWS