Türkiyənin Turizm sənayesi və otel nümayəndələrinin iştirakı ilə Aprel ayının 15-də Bakı mehmanxanalarının birinin böyük zalında tədbir təşkil olunmuşdur. Tədbirə Azərbaycanın 105 aparıcı Turizm şirkətləri və Səyahət agentliklərinin nümayəndələri qonaq qismində iştirak etdilər. Pandemiya dövründə otellərin və turizm şirkətlərinin qarşılaşdığı problemli məsələlər müzakirə edildi və həlli yolları səsləndirildi. Daha sonra qardaş ölkə Türkiyədən təşrif buyuran otel nümayəndələri otellər barədə ətraflı məlumat paylaşdı, yeniliklər haqqında yerli turizm şirkətlərinin diqqətini cəlb etdi və sonda iştirakçılar arasında keçirilən təsadüfi seçim oyunu ilə tədbirdə iştirak edən 4 şirkət nümayəndəsinə Antalyada 5 ulduz otellərdə ailəvi 7 gecəlik tam pansiyon (hər şey daxil) pulsuz istirahət hədiyyə edildi.
Frisaga şirkətinin rəhbəri Elçin Əsgərov turizm şirkətlərini əməkdaşlığa dəvət edərək holidaynews.az məlumat verdi ki, bu cür görüşlər gələcək aylarda Antalya və Bakıda yenidən daha böyük miqyasda və fərqli konseptdə keçiriləcək. Bu görüşlər sayəsində turizm sahəsində çalışan əməkdaşlar öz aralarında təcrübə mübadiləsi apararaq turizm inkişafı üçün çox əhəmiyyətli nəticə əldə etmiş olurlar.

HolidayNEWS

Oxşar

Bakıda əməkdaşlıq görüşü
apr 13, 18:13
"HelloClub” turizmçiləri Antalyada bir araya topladı
may 03, 14:33