Azərbaycana turist axını 2 dəfədən çox artıb
22apr
GÜNDƏM / SƏYAHƏT

Azərbaycana turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 149 ölkədən 246,2 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"HolidayNEWS" bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 27,4%-i Rusiya, 24,7%-i Türkiyə, 14,4%-i İran, 5,8%-i Gürcüstan, 3,4%-i Ukrayna, hər birindən 3,1% olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2%-i Pakistan, 1,6%-i Küveyt, 1,3%-i Qazaxıstan, hər birindən 1,2% olmaqla Hindistan və Böyük Britaniya, hər birindən 0,8% olmaqla Almaniya və Oman, hər birindən 0,7% olmaqla Belarus və ABŞ, hər birindən 0,6% olmaqla İsrail və Özbəkistan, 6,6%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 79,7%-ni kişilər, 20,3%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 649 dəfə, Səudiyyə Ərəbistanından gələnlərin sayı 168,5 dəfə, Küveytdən gələnlərin sayə 167,1 dəfə, Bəhreyndən gələnlərin sayı 50,4 dəfə, BƏƏ-dən gələnlərin sayı 47,7 dəfə, Pakistandan gələnlərin sayı 29,5 dəfə, Hindistandan gələnlərin sayı 11 dəfə, İsraildən gələnlərin sayı 6,3 dəfə, ABŞ-dan gələnlərin sayı 5,6 dəfə, Qazaxıstandan gələnlərin sayı 3,6 dəfə, Fransadan gələnlərin sayı 3,5 dəfə, Ukraynadan gələnlərin sayə 3 dəfə, Böyük Britaniyadan gələnlərin sayı 2,2 dəfə, İrandan gələnlərin sayı 1,9 dəfə, Türkiyədən gələnlərin sayı 1,9 dəfə, Rusiyadan gələnlərin sayə 1,7 dəfə, Gürcüstandan gələnlərin sayı isə 14,9% artıb.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3 dəfə artaraq 58,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 10,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 84,3 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54%-i hava, 44,2%-i dəmir yolu və avtomobil, 1,8%-i isə dəniz nəqliyyatından istifadə edib.



HolidayNEWS