Azərbaycan və Polşanın turizm qurumları Anlaşma Memorandumu imzalayıb
30may
GÜNDƏM

Azərbaycan və Polşanın turizm qurumları Anlaşma Memorandumu imzalayıb

Bu gün Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (Assosiasiya) ilə Polşanın Turizm Palatası (Palata) arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memarandomu imzalanıb.
"HolidayNEWS" bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Sənədə əsasən, iki ölkənin turizm təşkilatı birgə fəaliyyət göstərərək Azərbaycanla Polşa arasında turizm əlaqələrinin genişləndirilməsinə və inkişafına, qarşılıqlı turist səfərlərinin sayının artırılmasına, birgə infoturların təşkil olunmasına, eləcə də təcrübə mabadiləsinin həyata keçirilməsinə dəstək olacaqlar. Polşanın Bakıdakı səfirliyində baş tutan görüşdə Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev tədbir iştirakçılarına Azərbaycandakı Polşa mədəni irsi, ölkənin turizm imkanları, turizm marşurutları, işğaldan azad olunan Qarabağ bölgəsinin turizm potensialı haqqında ətraflı məlumat verib. O, tarixi və mədəni əlaqələr baxımından Azərbaycanın polşalı turistlər üçün cəlbedici turizm destinasiyası olduğunu diqqətə çatdırıb.
Azərbaycan və Polşa arasında xoş və mehriban əlaqələrin mövcud olmasından məmunluğunu bildirən Palatanın vitse-prezidenti Dariuş Vojtal isə bir çox sahələrdə olduğu kimi turizmdə də əlaqələrin genişləndirilməsində və inkişafında ölkəsinin maraqlı olduğunu qeyd edib. O, bu gündən etibarən “LOT Polish Airlines” şirkətinin Varşava-Bakı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara start verdiyini bildirib, Polşanın turizm sahəsində əldə etdiyi təcrübəsini Azərbaycanla hər zaman bölüşməyə hazır olduğunu deyib.
Görüşdə tərəflər turizm sahəsində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.




HolidayNEWS

Qalereya