İstanbul-Bakı-İstanbul reysini bərpa edilir
02iyn
GÜNDƏM / HAVAYOLLARI

İstanbul-Bakı-İstanbul reysini bərpa edilir

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) İstanbul- Bakı-İstanbul reysini bərpa edir.

HolidayNews” bu barədə şirkətə istinadən xəbər verir. 
Məlumata görə, artıq aviabiletlər satışa çıxarılıb. 
“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər", - THY-dən "HolidayNews"a bildirilib.
HolidayNews