Azərbaycanlı turizmçilər Polşa səfərindədir
20sen
GÜNDƏM / SƏYAHƏT

Azərbaycanlı turizmçilər Polşa səfərindədir

Azərbaycanın  aparıcı turizm şirkətlərinin nümayəndələri Polşa Respublikasına işgüzar səfər edib.

Holidaynews.az xəbər verir  ki, onlar Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Nərgiz Qurbanova  ilə görüşüb. 

Görüşdə Polşa və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə perspektivlər ətrafında müzakirələr aparılıb.
N.Qurbanova azərbaycanlı turoperator Polşa və Azərbaycanın turizm potensialı və bu sahədə həyata keçirilən yeni layihələr barədə məlumat təqdim edib.
Tədbir sual-cavab formatında davam edib.

Qeyd edək ki, görüşdə 7 Azərbaycan turzim şirkəti iştirak edir.



HolidayNEWS

Qalereya