Azərbaycanın İran və Gürcüstanla sərhədi də bağlı qalacaq
19apr
GÜNDƏM

Azərbaycanın İran və Gürcüstanla sərhədi də bağlı qalacaq

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycanın İran və Gürcüstanla sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.
Bu barədə "HolidayNews.Az" Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.
Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası və Gürcüstan Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.