Azərbaycanın turizm brendinə yeni elementlər daxil ediləcək
07dek
GÜNDƏM

Azərbaycanın turizm brendinə yeni elementlər daxil ediləcək

“Yaxın Şərq və Mərkəzi Asiyadan olan turistləri cəlb etməyi prioritet seçmişik”.
APA xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyasında deyib.
O bildirib ki, xüsusən Asiya bazarlarını cəlb etmək çətindir:
“Lakin brendimiz sayəsində oradan turizm axınına nail ola biləcəyimizə inanıram. Əvvəl Azərbaycanı, sadəcə, neftinə görə tanıyırdılar. İndi isə brendin yeni elementləri var. Xüsusən də yaşıl iqtisadiyyat, milli ənənələr, mətbəxə köklənməliyik. Həmçinin 2023-cü ildə brendə yeni elementlər daxil edəcəyik”.
Florian Zenqstşmid onu da qeyd edib ki, 2022-ci ildə qlobal turizm geri qayıdıb:
“Təxminlər göstərirdi ki, turizm sahəsində geri dönüş olacaq. Lakin bu qədər sürətli olacağını gözləmirdik”.



HolidayNEWS