AHHTSA sədri İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
16fev
GÜNDƏM

AHHTSA sədri İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Qlobal Sağlamlıq Turizm Şurasının fəxri sədri, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasınınsədri Ruslan Quliyev İordaniya Haşimilər Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Sami Asem Goşehin görüşüb.
"HolidayNEWS" xəbər verir ki, Sami Asem Goşehin dəvəti ilə səfirlikdə baş tutan görüşdə iki ölkə arasında post-pandemiya dövründə Azərbaycan fə İordaniya  arasında sağamlıq turizmi istiqaməti üzrə malik olduğu potensial və bu potensialdan səmərəli istifadə məsələləri müzakirə olunub. 
Görüş zamanı hər iki tərəfon  Qlobal Sağlamlıq Turizm Şurası kimi nüfuzlu turizm qurumuna İordaniya və Azərbaycanın sədrlik etməsindən qürur duyduqlarına, ölkələrimiz arasında turizm sahəsində birgə  daha böyük uğurlara imza atılacağına  əminlik ifadə olunub.
Xatırladaq ki, İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində Kral II Abdullah ibn Al Hüseynin himayəsi ilə postpandemiya dövründə dünyanın ən böyük sağlamlıq turizmi tədbirlərindən sayılan İHTF-2022 Beynəlxalq Sağlamlıq Turizmi Forumu keçirilib.
Forumda 50-dən artıq ölkədən 700-dək nümayəndə iştirak edib. Ölkəmizi bu tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü Ruslan Quliyev təmsil edib. Tədbirin ilk günündə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə İordaniya Özəl Sağlamlıq Qurumları Assosiasiyası (PHA) arasında qurumun sədri Feyzi Al-Hammori, İordaniya Haşimilər Krallığının səhiyyə naziri Dera Al-Hashari, digər hökumət və dövlət nümayəndələrinin iştirakı ilə uzunmüddətli qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.


HolidayNEWS