Bakı və Kişinyov arasında birbaşa aviareys açılıb - FOTO
29mar
GÜNDƏM / HAVAYOLLARI

Bakı və Kişinyov arasında birbaşa aviareys açılıb - FOTO

“Air Moldova” aviaşirkəti Moldovanın paytaxtı Kişinyov və Bakı arasında ilk uçuşunu həyata keçirib.
Bu barədə aviaşirkətin “Facebook” səhifəsində məlumat paylaşılıb.
Bildirilir ki, ilk aviareys artıq martın 28-də həyata keçirilib.
“Air Moldova” Kişinyovdan Bakıya həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri müntəzəm uçuşlar həyata keçirəcək. Uçuş müddəti 3 saat 20 dəqiqədir.
Bakıdan Kişinyova da reyslər həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.


HolidayNEWS

Qalereya