Avstraliya sərhədlərini ilin sonuna qədər bağlı saxlaya bilər
18iyn
GÜNDƏM

Avstraliya sərhədlərini ilin sonuna qədər bağlı saxlaya bilər

Avstraliya sərhədlərini ilin sonuna qədər bağlı saxlaya bilər.

Bu barədə “Anadolu” agentliyi “Yaşıl qitə”nin Turizm naziri Simon Birmingemin açıqlamasına istinadla xəbər yayıb.
O bildirib ki, Avstraliyaya turizm məqsədilə giriş-çıxış uzun müddət bərpa olunmaya bilər. Nazirin dediyinə görə, sərhədlərin bu ilin sonuna qədər bağlı qalması ehtimalı var.
Ölkədə 1 875 000 insan koronavirus testindən keçib, onlardan 7 390 nəfərdə virus aşkar edilib. Son 24 saatda 20 yoluxmanın aşkar edildiyi qitədə koronavirusdan ümumilikdə 102 nəfər həyatını itirib.
HolidayNEWS