ICAO: Qlobal sərnişin axını 1,2 mlrd. insan azalacaq
23apr
GÜNDƏM / SƏYAHƏT / HAVAYOLLARI / AGENTLƏR

ICAO: Qlobal sərnişin axını 1,2 mlrd. insan azalacaq

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yeni proqnozuna əsasən, bu ilin sentyabr ayınadək dünya üzrə hava nəqliyyatında sərnişin axını 1,2 mlrd. insan azalacaq.

"HolidayNews" ICAO-ya istinadən verdiyi məlumata görə, bunun nəticəsi kimi, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində gəlirlərin azalması 160-253 mlrd. ABŞ dolları arasında dəyişəcək.
ICAO-nun proqnozuna görə, ən çox itkilərlə Avropada və Asiya-Sakit okean regionunda, eləcə də Şimali Amerikada yerləşən şirkətlər üzləşəcək.



HolidayNews