Dövlət Turizm Agentliyi təkliflər sorğusu keçirir
24iyl
GÜNDƏM / MARAQLI

Dövlət Turizm Agentliyi təkliflər sorğusu keçirir

Dövlət Turizm Agentliyi daxili turizmə dair sorğu keçirilməsi üçün kotirovka sorğusu elan edib. 

“HolidayNews” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 6-sı, saat 18:00-a qədər qurumun Bakı şəhəri, Nizami küçəsi, 90 (I Landmark, 3-cü mərtəbə) ünvanında yerləşən ofisinə təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 505-87-04 (əlavə 23 04) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər (faks: 492-05-92).
Təkliflərə avqustun 7-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.HolidayNews