Rusiya avqustun 1-dən beynəlxalq uçuşları bərpa edir
24iyl
GÜNDƏM

Rusiya avqustun 1-dən beynəlxalq uçuşları bərpa edir

Rusiyaya beynəlxalq reyslər avqustun 1-dən etibarən bərpa ediləcək.

“HolidayNews” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.
Reyslər Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdakı hava limanlarından həyata keçiriləcək.
Uçuşlar üçün mövcud olan ölkələrin siyahısı yaxın vaxtlarda təsdiq ediləcək və elan ediləcək.HolidayNews