Hava gəmiləri əmlak vergisindən azad oluna bilər
29apr
GÜNDƏM / HAVAYOLLARI / AGENTLƏR

Hava gəmiləri əmlak vergisindən azad oluna bilər

Azərbaycanda hava gəmilərinin əmlak vergisindən azad olunması təklif edilir.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Təklif olunan dəyişikliklə müvəqqəti vergi rejimi müddətində hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdiyi hava gəmiləri əmlak vergisindən azad edilir.
Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.