Bu qonşumuz dünyada turistlər üçün sərhədini açan ilk ölkə olmaq niyyətindədir
02may
GÜNDƏM / SƏYAHƏT

Bu qonşumuz dünyada turistlər üçün sərhədini açan ilk ölkə olmaq niyyətindədir

Mövcud sərt şəraitdə Gürcüstanın turistləri dəvət edən ilk ölkələrdən biri olmasını təmin etmək üçün fəal işləyirik”.
"HolidayNews"Az “Sputnik Gürcüstan” istinadən xəbər verir ki, bunu ölkənin İqtisadiyyat naziri Natia Turnava turizm sənayesinin nümayəndələri ilə onlayn görüşdə deyib.
Pandemiya nəticəsində Gürcüstanda ən çox turizm sənayesi zərər çəkib. Hələ mart ayında turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalıb.
“Biz Gürcüstanın turizm bazarının xarici qonaqlar üçün etibarlı olması və sərt məhdudiyyətlərin ilk olaraq aradan qaldırılmasını təmin etmək üçün Ümumdünya Turizm Təşkilatı ilə fəal işləyirik. Əlbəttə ki, bu, yalnız ciddi nəzarət altında mümkündür”, - deyə N.Turnava bildirib.
O qeyd edib ki, Gürcüstanda hakimiyyət turizm sənayesinə ilk gündən kömək edir:
“Turizm sənayesinin böhrandan əvvəl olduğu kimi gəlirli və cəlbedici olması üçün zamana ehtiyac var. Biz Gürcüstanın pandemiyaya qalib gələrək, sərhədləri açan ilk ölkələrdən biri olacağına ümid edirik”.


HolidayNews