Səyahətə çıxanlar üçün 10 faydalı məsləhət
27mar
GÜNDƏM / SƏYAHƏT

Səyahətə çıxanlar üçün 10 faydalı məsləhət

1. Kiçik hazırlıq işləri

Əslində gözlənilmədən könlünüzün istəyinə uyaraq spontan qərar vermək sizin haqqınızdır. Ancaq uzunmüddətli səyahətə qabaqcadan hazırlaşmaq lazımdır.
Büdcəni müəyyənləşdirmək və əsas xərcləri planlaşdırmaq, lazım gəldikdə əmlakınızı satmaq və ya icarəyə vermək, marşrutu və dayanacaq düşərgələrini planlaşdırmaq, bütün lazımi sənədləri və bank hesablarını hazırlamaq.
Tələsik hazırlıqlarda əsas bəndlərdən savayı digər əhəmiyyətli məsələlər də yaddan çıxa bilər. Misal üçün, mobil rabitə və əlavə elektron cihazlar, hansı ki səyahətinizi daha rahat və təhlükəsiz edə bilər, iş icazələrinin rəsmiləşdirilməsi (əgər planda varsa), dayanacağınız məntəqələrdə əlaqədar şəxslərin məlumatlarını əks etdirən siyahılar, sığortanın əldə edilməsi və bütün sənədlərin sürətlərinin hazırlanması.

2. Yeni tanışlıqlar

Səyahət zamanı yeni tanışlıqlara hazır olun
Səyahət zamanı yeni tanışlıqlara hazır olun
Qəribə səslənsə də, səyahət zamanı bir çox yad insan sizə kömək etmək istəyəcəkdir. Bu imkanlara açıq olmaq lazımdır. Əlbətdə ki, ehtiyyatı əldən verməyərək və müəyyən çərçivələr daxilində. Yerli əhali yaşayış yeri, yemək və istirahət üçün sərfəli yerləri tapmaqda çox kömək edə bilər.
Onlar seyrək çimərlikləri və maraqlı tədbirlərin keçirildiyi yerləri daha yaxşı tanıyırlar. Tanımadığınız insanlarla ünsiyyətdə olmaq, yeni iş təklifi almaq, yoldaş tapmaq və maraqlı bir şey öyrənmək üçün böyük fürsətdir.

3. İstiqaməti necə seçək?

Səyahət edərkən istiqaməti öncədən seçin
Səyahət edərkən istiqaməti öncədən seçin
Hara gedəcəyimizi əvvəlcədən müəyyən etmək daha məqsədəuyğundur. Səyahətimizi planlı şəkildə etməliyik. Əvvəla səyahətimizin büdcəsini və müddətləri müəyyən etməliyik. Bu iki məsələ bizə imkan verəcək ki, biz sonrakı qərarlarımızı verə bilək, neçə yerdə olacağımızı müəyyən edək, hansı səviyyədə istirahət edəcəyimizi dəqiqləşdirək.
Dünyada maraqlı yerlər çoxdur və onların heç də hamısı turistlər üçün nəzərdə tutulmamışdır. Siz turistlərlə dolu olmayan daha az tanınmış yerlərə səyahət edə bilərsiniz. Çox da məhşur olmayan yerləri gəzərkən siz səyahətinizin müddətini kifayət qədər uzada bilərsiniz və həqiqətən unikal fotoşəkillər əldə etmək imkanınız yaranacaq.

4. Səfərimizi necə yüngülləşdirək?

Hər bir dayanacaq düşərgəsi üçün tur operatorlarının əlaqə vasitələrini əks etdirən siyahı hazırlamaq lazımdır. Bu hər ehtimala sığortalanmaq üçün lazımdır. Yeni başlamış səyyahlar üçün faydalı olacaq səyahət planlaşdırma proqramları mövcuddur. Misal üçün: Lounge BuddyTripitSygic AppWaze və Trip.me. və s.

5. Büdcə məsələsi

Özünüzü gözlənilməyən xərclərdən sığortalayın
Özünüzü gözlənilməyən xərclərdən sığortalayın
Ən əsas sualımız odur ki, səyahətimiz bizə nə qədər pula başa gələcək? Bədxərclik eləməyən, sadə yaşayışı üstün tutan kəs üçün 2000 dollar da bəs edə bilər. Əgər çox populyar və bahalı olmayan ölkələri ziyarət etsək, misal üçün Dominikan Respublikası və ya Portuqaliya, o halda 1200 dollarla kifayətlənmək olar. Lakin pulunuzun kifayət edəcəyinə 100% əmin olmaq istəyirsinizsə, hər ehtimala planlaşdırılmış məbləğin 25% miqdarında əlavə pulu bank hesabınıza qoyun. Bu gözlənilməz hadisələrdən sizi sığorta etmək üçün nəzərdə tutulub. Özünüzü gözlənilməyən xərclərdən qorumağın əsas yolu xərcləri planlaşdırmaqdır.
Məsələn, səyahətə şəxsi avtomobillə çıxırkən nəzərə alın ki, müxtəlif ölkələrdə yanacağın qiyməti fərqlidir. Avtomobilinizi texniki baxışdan keçirin, bütün mayelərinin normal vəziyyətdə olduğundan əmin olun, təkərləri yoxlayın, əlavə təkəri unutmayın. Yolda atışdırmaq üçün yanınızda həmişə yüngül qida saxlayın. Avtomobilinizi sığorta etmədən yola çıxmayın.

6. Təbiət istənilən havada gözəldir

Səfər etdiyiniz yerin iqlimini nəzərə alın.
Səfər etdiyiniz yerin iqlimini nəzərə alın.
Necə deyərlər, pis hava olmur, hazırlıqsız səyyahlar olur. Bəzi səfərlər üçün xüsusi geyim tələb oluna bilər. Əvvəlcədən özünüzə bir neçə sual verməlisiniz: sevdiyiniz yeri nə zaman ziyarət etmək daha məqsədəuyğundur? Hazırlığınız yetərli qədərdir mi? Mövsüm fərqinə görə artıq pul ödəməyə hazırsınız mı? Uzunmüddətli ziyarət üçün iqlim sizin üçün əlverişlidir mi?

7. Düzgün səyahət

Yeni təəsüratlardan zövq almaq üçün, heç də saysız-hesabsız yer ziyarət etməyə ehtiyyac yoxdur. Xəritədə 2-3 maraqlı nöqtə seçmək və hərəsində bir ay qalmağınız kifayətdir. Yerli əhalinin adət-ənənələrini öyrənmək, bütün fərqləri görmək, dillərini öyrənmək və yalnız bir neçə rəngli fotoşəkil çəkmək deyil, onların mədəniyyətlərini dərindən yaşamaq. Uzun müddət qalmaq üçün maraqlı proqramlardan istifadə edə bilərsiniz: VRBOAirbnb və Homestay.

8. Çamadanınızı cəngəllikdən necə keçirəcəksiniz?

Səyahət zamanı baqajınızı yüngül edin
Səyahət zamanı baqajınızı yüngül edin
Əşyaların çoxluğu əsəb gərginliyini də artırır . Baqajınızı ən vacib əşyaları yerləşdirmək və əlavə bir şey yığmamaq şərti ilə toplamalısınız. Nəzərə alın ki, siz bu əşyaları cəngəlliklərdən, hündür dağlardan, keçilməz yollardan özünüzlə birgə daşıyacaqsınız.

9. Üstümüzdə nələr olmalıdır?

Səyahət üçün yalnız vacib əşyaları toplayın
Səyahət üçün yalnız vacib əşyaları toplayın
Geyiminiz rahat və dözümlü olmalı, dəbə və estetikaya uyğun olmasa da olar. Yaxşı hazırlanmaq üçün, uzun gəzintiyə yararlı olan rahat bir cüt ayaqqabı, baqajınızda 2-3 ədəd dəyişək paltar yığmaq kifayətdir. Qurumasında çətinlik yaranan paltarları evdə qoymaq məsləhətdir. İlkin tibbi yardım və tikiş üçün istifadə olunan dəstlər də zəruri əşyalar içindədir.

10. Distant işləmə imkanı

Səyahət zamanı distant işlərlə də məşğul ola bilrsiniz. Bu sizin gündəlik xərclərinizi qarşılamağa köməklik edəcəkdir. Misal üçün blogerlik edərək və ya keyfiyyətli foto şəkilləri satmaqla siz istirahətinizdən qalmadan müəyyən məbləğ əldə edə bilərsiniz.