Azərbaycan Turizm Assosiasiyası yeni komissiya yaradıb
22sen
GÜNDƏM

Azərbaycan Turizm Assosiasiyası yeni komissiya yaradıb

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) tərkibində bu və digər sənaye sahələrinin ekspertlərindən ibarət komissiya yaradılıb.

Bu barədə “HolidayNEWS”a AzTA-dan məlumat verilib.

Məlumata görə, komissiyanın tərkibinə 11 nüfuzlu və peşəkar şəxs daxildir. Məqsəd turizm sənayesi üçün yeni hədəflərin müəyyən edilməsi və ekspert rəylərinin köməyi ilə yeni turizm imkanlarının araşdırılmasıdır. 
HolidayNEWS