Dövlət Turizm Agentliyi Ağolu məscidinin bərpasına tender elan etdi
22sen
GÜNDƏM

Dövlət Turizm Agentliyi Ağolu məscidinin bərpasına tender elan etdi

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Ağolu məscidinin bərpa və rekonstruksiya işlərinin layihə smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması üçün açıq tender elan edib.

HolidayNEWS” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 21, saat 12:00-a qədər,

Bakı şəhəri, Nizami küçəsi, 96E, Landmark I ünvanında yerləşən ofisinə təqdim edə bilərlər.
Əlaqələndirici şəxs qurumun sektor müdiri Mehman Bayramovdur. Telefon: (012) 505-87-04 (daxili 23 04).

Təkliflərə oktyabrın 30-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
HolidayNEWS