Nazirlər Kabineti rəsmisindən xaricdəki həmyerlilərimizin gətirilməsi ilə bağlı
06may
GÜNDƏM / HAVAYOLLARI

Nazirlər Kabineti rəsmisindən xaricdəki həmyerlilərimizin gətirilməsi ilə bağlı

Hər həftə müxtəlif ölkələrdən Azərbaycana çarter reyslər təşkil edilir. Bəzən texniki problemlərdən gecikmələr olur”.

HolidayNews.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, ölkəyə gələn vətəndaşlar arasında yoluxanlar və şübhəlilər olursa, onlar ayrıca otaqlarda yerləşdirilir:
“Belə yerlər olmalıdır ki, gələnləri karantinə qəbul edə bilsinlər”.
İ.Məmmədov Ukraynadakı həmvətənlərimizin də Azərbaycana qayıtmasından danışıb:
“Bunun üçün Nazirlər Kabineti yanında operativ qərargah iş aparır. Onların problemi müzakirə olunur. Ukraynadan bir çarter reysi təşkil olunmalıdır”.


HolidayNews